Şirkət direktoruna yeni müavin təyin edilibbackend

Şirkət direktoruna yeni müavin təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoruna yeni müavin təyin edilib.

NOCOMMENT xəbər verir ki, bu, Ziya Kəngərlidir.

O, 1980-ci il Bakıda anadan olub, Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib, eyni zamanda, Kolumbiya Universiteti və London Biznes Məktəbində (LBS) MBA dərəcəsi əldə edib.

Z.Kəngərli indiki vəzifəyə təyin edilməmişdən öncə Maliyyə Monitorinq Xidmətinin İdarə Heyəti sədrinin müşaviri olub, Dövlət Neft Fondunda aktivlərin idarə edilməsi sahəsində müxtəlif vəzifələrdə çalışıb, risklərin idarə edilməsi, investisiya siyasətinin hazırlanması və aktivlərin strateji bölüşdürülməsi üzrə cavabdeh bölmələrə rəhbərlik edib.