Şirkət rəhbərinə “stop” qoyulur – 730 min borcu varbackend

Şirkət rəhbərinə “stop” qoyulur – 730 min borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Binəqədi Residence” tikinti şirkətinin külli miqdarda vergi borcu üzə çıxıb.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakıda və Abşeronda hündürmərtəbəli binaların inşaası ilə məşğul olan şirkətin qanuni təmsilçisi Vaqif Əmirov Talıb oğludur.

Vaqif Əmrirovun rəhbəri olduğu “Binəqədi Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin 734.742,36 manat vergi borcu yaranıb.

Artıq şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.

İş Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun icraatındadır.

Qeyd edək ki, şirkət tərəfindən Binəqədi rayonu, Binəqədi şosesi 5 saylı ünvanda hündürmərtəbəli binalar inşaa edilib.