Şirkətlərə külli miqdarda ziyan vuran dəstə saxlanıldıbackend

Şirkətlərə külli miqdarda ziyan vuran dəstə saxlanıldı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda tikinti, məişət əşyaları, oyun konsulları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların mümayəndələrini dələduzluq yolu ilə aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən 2 nəfər saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən qanunsuz hərəkətləri etməkdə şübhəli bilinən paytaxt sakinləri Rüstəm Tinayev və Turqut Quliyev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən malların onlayn satışını həyata keçirən şirkətlərə bu şəxslər tərəfindən müxtəlif vaxtlarda sifarişlər verilib.

Şirkətin nümayəndələri malları Rüstəm Tinayev və Turqut Quliyevin Nizami rayonunda qeyd etdikləri ünvanlara çatdırdıqdan sonra onlar müxtəlif vasitələrlə sifariş verdikləri məhsulları götürərək ödəniş etmədən hadisə yerindən yayınıblar. Bu üsulla adları qeyd edilən şəxslər son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək onların məhsullarını ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçiriblər.

Rüstəm Tinayev və Turqut Quliyevin ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.

Bu şəxslər ələ keçirdikləri malları daha sonra dəyər-dəyməzinə müxtəlif məkanlarda satıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisələri etiraf ediblər.