Şirniyyat düşkünlərinə bəd xəbərbackend

Şirniyyat düşkünlərinə bəd xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər araşdırmalar zamanı sübut ediblər ki, həddindən artıq şirniyyat istehlakı depressiyaya səbəb ola bilər.

 

İngiltərədə aparılan yeni bir araşdırma şirniyyat düşkünlərini narahat edəcək.

 

NOCOMMENT.az xəbər verir ki, aparılan bir araşdırma şirniyyat düşkünlüyü olanların psixi sağlamlığının təhlükə altında olduğunu üzə çıxarıb.

 

“Journal of Translational Medicine” jurnalında nəşr olunan araşdırmada İngiltərə Biobankından alınan 180 min adamın sağlamlıq və qidalanma məlumatları araşdırılıb.

 

Tədqiqat qrupu süni intellektdən istifadə edərək iştirakçıları üç əsas qrupa ayırıb: daha çox meyvə və tərəvəz yeyənlər, hər cür qidadan istifadə edənlər və daha çox şəkərli qidalara üz tutanlar.

 

İştirakçıların qan nümunələri üzərində aparılan analizlərdə 2923 zülal və 168 metabolitin orqanizmə təsiri araşdırılıb.

 

Nəticələrə görə, şəkərli qidalardan istifadə edənlərdə depressiya riski sağlam qidalananlara nisbətən 31 faiz yüksək olub.

 

Bu qrupda diabet və ürək xəstəliyi riski də əhəmiyyətli dərəcədə yüksək olub. Bütün növ qidaları istehlak edən iştirakçıların sağlamlıq riskləri isə orta səviyyədə olub.

 

Araşdırma xüsusilə işlənmiş şəkərin psixi sağlamlığa mənfi təsirlərinin olduğunu göstərib./lent.az