Şirniyyat evində nöqsanlar aşkarlandı – FOTObackend

Şirniyyat evində nöqsanlar aşkarlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən “Qızıl Qaya 2017” MMC-yə məxsus “Tural” şirniyyat evində yoxlama keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı AQTA məlumat yayıb.

Yoxlama zamanı qida məhsullarının istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirilməsi və satışı sahəsində normativ texniki sənədlərin tələblərinə əməl olunmadığı aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.