Şirvanda daşla qətl törədən şəxs saxlanıldıbackend

Şirvanda daşla qətl törədən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda qətl törədən şəxs saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Şirvan şəhərinin Hacıqəhərmanlı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu münaqişə zəminində qəsəbə sakini, həmyerlisi 1969-cu il təvəllüdlü Qocayev Kamran Musa oğlunu daşla qətlə yetirərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Daşqın Alışov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.