Şirvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanıldıbackend

Şirvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.

Ona zəng zərərçəkənlərdən “beh” qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev daha sonra zərərçəkənlərlə əlaqəni kəsib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.