Şirvanda lift problemi nə vaxt həll olunacaq? – VİDEObackend

Şirvanda lift problemi nə vaxt həll olunacaq? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhəri, İstiqlaliyyət prospekti 23A ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasında liftin bir aydan çoxdur ki, fəaliyyət göstərməməsi sakinlərin ciddi narazılığına səbəb olub.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bina sakinləri bildirirlər ki, liftin işləməməsi xüsusilə yaşlılar, xəstələr və azyaşlı övladı olan ailələr üçün böyük çətinlik yaradır. Onların sözlərinə görə, gündəlik ehtiyaclarını qarşılamaq üçün dəfələrlə pilləkənlərlə qalxıb-düşmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan verilən məlumata görə, liftə mütəxəssis tərəfindən texniki baxış keçirilib, nasazlığın aradan qaldırılması üçün zəruri avadanlıqlar artıq gətirilib və yaxın günlərdə liftin tam bərpası təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.