Şirvanda qız itkin düşdü – FOTObackend

Şirvanda qız itkin düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda 20 yaşlı qız itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-a qızın atası Samir Əhmədov məlumat verib.

Atanın sözlərinə görə, qızı ötən gün səhər saatlarında yaşadıqları Şirvan şəhərində evdən çıxıb və bir daha geri qayıtmayıb:

“Qızım anadangəlmə eşitmə qüsurludur. Dünən səhər saatlarında evdən çıxıb. Küçənin təhlükəsizlik kameralarına düşüb və əynində qara şalvar-köynək, ağ rəngli çanta və ayağında boz ayaqqabı olub. Uşağın zehni həmyaşıdlarına nisbətən inkişafdan geri qalır. Məsələ ilə bağlı Şirvan Rayon Polis Şöbəsinə də ərizə yazmışam. Xahiş edirəm uşağı görənlər mənimlə əlaqə saxlasınlar”.

Məsələ ilə bağlı Şirvan Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən itkindüşmə ilə bağlı faktı təsdiq ediblər.

Bildirilib ki, qızın axtarışları istiqamətində araşdırma davam etdirilir.

Qızı görənlərdən bu +994 50 662 29 56 nömrə vasitəsilə ailəsinə məlumat vermələri xahiş olunur