Şirvandan olan nümayəndə heyəti Anadolu festivalında ölkəmizi təmsil edibbackend

Şirvandan olan nümayəndə heyəti Anadolu festivalında ölkəmizi təmsil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara şəhəri Etimesgut Bələdiyyəsi tərəfindən türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədi ilə 26 avqust – 4 sentyabr tarixlərində türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Anadolu Günləri – 24” adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil olunub. Festivalda respublikamızı Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.

NOCOMMENT xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan şəhər Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq sıx əlaqələr qurublar. Bu qardaşlığın davamı olaraq, hər il olduğu kimi, bu il də festivalın sonuncu günündə – sentyabrın 4-də keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti iştirak edib. Şəhərimizin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri və xalq mahnılarından ibarət rəngarəng proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponantlar və milli mətbəx nümunələrimiz nümayiş olunub.

Ankara şəhəri Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin Türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu və Türk coğrafiyasında Türk icmalarının mədəniyyətini və sənətini yaşatmaq istədiklərini bildirib.

Festivalda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının mahiyyətindən danışıb, hər iki dövlət tərəfindən bu dostluğa və qardaşlığa dəyər verildiyini bildiriblər.

Nümayəndə heyətinin üzvləri çıxışlarında ölkəmizdə aparılan tikinti-quruculuq işlərindən, keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edib, “Beynəlxalq Anadolu Günləri” kimi tədbirlərin keçirilməsinin ölkələrarası mədəni əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyəti olduğunu vurğulayıblar.

Sonra yerli bələdiyyə sədrinə göstərilən doğma münasibətə görə təşəkkür ifadə olunub və Ənvər Dəmirələ “Qarabağ” xalçası təqdim edilib.

Ankara Etimesgut Bələdiyyə sədri Ənvər Dəmirəl əlaqələrin daha da dərinləşməsini, uzunömürlü olmasını arzulayıb və nümayəndə heyətinə hədiyyələr təqdim edib.