Şişkin üz və tökülən saçlar – Hipoteriozdan şübhələnbackend

Şişkin üz və tökülən saçlar – Hipoteriozdan şübhələn

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalxanvari vəzin işi zəifləyəndə bir çox simptomlar digər xəstəliklərlə səhv salınır.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, terapevt Andrey Kondraxin hipoteriozun simptomlarını açıqlayıb.

“Hipoterioz zamanı qalxanvari vəz daha az hormon ifraz etməyə başlayır. Məhz bu hormon ürək döyüntüsü, tənəffüs, istilik, maddələr mübadiləsi prosesini tənzimləyir. Vəzin işini dəmir, yod, selen defisiti, autoimmun patologiyalar pozur.

Hipoterioz istənilən yaşda, hətta uşaqlarda da görülür. Kişilər də müayinə olunmalıdır. Amma daha çox orta yaş qadınlarda yaranır.

Əsas simptomları:

– Çox güclü yorğunluq, yuxululuq, zəiflik
– Səhərlər və gündüz üzün şişkinliyi, şar kimi olması
– Az yesəniz də çəki alırsız

– Təşviş, narahatlıq, depressiya, ağlamaq
– Qəbizlik
– Menstruasiya pozulması

– Yaddaş zəifliyi, dumanlı beyin

Müalicə etmədikdə aşırı piylənmə, insulin dirənci və diabet yaranır”.