Avropa İttifaqı Rusiyanın və ABŞ-ın prezidentləri Vladimir Putin və Donald Trampın 15 avqustda Alyaskada keçirilməsi planlaşdırılan görüşünə mane olmağa çalışır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Facebook” səhifəsində yazıb.
“Macarıstan sammitin uğurla baş tutmasında maraqlıdır, biz ona bütün zəruri dəstəyi göstərəcəyik və Brüsselin sammiti mümkünsüz və çətin etməyə yönəlmiş səylərinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, – Siyarto bildirib.