Siyarto: Aİ üzvlüyə namizədləri boş vədlərlə təşviq etməməlidirbackend

Siyarto: Aİ üzvlüyə namizədləri boş vədlərlə təşviq etməməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa liderləri və nazirləri mənasız vədlərlə namizəd ölkələri sakitləşdirməməlidirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Kişinyovda Moldovanın xarici işlər naziri Mixail Popşoy ilə birgə mətbuat konfransı zamanı bildirib.

“Aİ-nin genişlənmə prosesi ilə bağlı Brüsseldə ortaya çıxan bu ikiüzlülüyün qarşısını almaq lazımdır”, – deyə o vurğulayıb.

Siyarto qeyd edib ki, Aİ-nin yüksək rütbəli rəsmiləri ictimaiyyət qarşısında çıxışlarında Avropa İttifaqının genişlənməsinə və yeni dövlətlərin birliyə qəbul edilməsinə dəstək verdiyini bəyan edirlər, lakin özəl olaraq Avropa ölkələrinin bir çox xarici işlər nazirləri yeni ölkələrin inteqrasiyası prosesinə şübhə ilə yanaşırlar.