Siyarto: “Bəzi Avropa ölkələri Rusiya neftini gizlincə idxal edir”backend

Siyarto: “Bəzi Avropa ölkələri Rusiya neftini gizlincə idxal edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, Macarıstan Rusiya neftini açıq şəkildə alır, halbuki bir sıra Avropa dövlətləri daha sərfəli qiymətlər əldə etmək üçün bunu gizli yollarla edirlər.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS yayıb.

“Macarıstan Rusiya neftini açıq şəkildə alır, çünki başqa seçimimiz yoxdur. Bəzi Avropa ölkələri isə eyni nefti gizli şəkildə, dolayı yollarla alır, çünki bu, daha ucuz başa gəlir”, – deyə Siyartonun sözlərini Macarıstan Baş nazirinin ofisinin beynəlxalq kommunikasiyalar üzrə dövlət katibi Zoltan Kovaç sitat gətirib.

Siyyarto, “Macarıstan və Slovakiyanı açıq şəkildə qınayan, lakin eyni zamanda həmin nefti Asiya ölkələri vasitəsilə gizlicə idxal edənləri” ikili standartlarda ittiham edib və bu mövqeyi riyakar adlandırıb.

Nazir həmçinin Avropa İttifaqının Cənub-Şərqi Avropada neft kəmərlərinin buraxılış gücünün artırılması ilə bağlı Macarıstanın müraciətini rədd etdiyini, Xorvatiyanın isə tranzit tariflərini 5 dəfə artırdığını vurğulayıb.