Macarıstan nüvə enerjisinin Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketinə daxil edilməsinə icazə verməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Aİ-də yeni məhdudiyyətlərin hazırlanması məsələsi böyük həvəslə müzakirə olunur və blokun rəhbərliyi bundan çox ruhlanır.
O, həmçinin xatırladıb ki, Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa bu sektorun yeni paketə daxil edilməsini tələb edib.
“Əgər bu təklif sanksiya paketi layihəsinə daxil edilərsə, o zaman bunun işləməyəcəyini açıqlayacağıq, sonra isə istisna ediləcək”, – Siyarto vurğulayıb.