Macarıstan Ukraynaya 20 milyard avroluq hərbi yardımın ayrılmasını dəstəkləməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Macarıstan təbii ki, bu təklifi dəstəkləmir. Və biz bu işdə iştirak etmək istəmirik. Biz macar xalqının pulunun növbəti silah təchizatına və müharibənin davam etdirilməsinə xərclənməsinə icazə verməyəcəyik”, – deyə macar nazir jurnalistlərə bildirib.
Martın 17-də Avropa İttifaqı Şurası Ukraynaya 3,5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqləyib.