Siyarto NATO-da Ukrayna məsələsini bağladığına görə ABŞ-a təşəkkür edibbackend

Siyarto NATO-da Ukrayna məsələsini bağladığına görə ABŞ-a təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan ABŞ-ın yeni rəhbərliyinə Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq fikrinə son qoyduğuna görə minnətdardır, çünki bu, qaçılmaz olaraq qlobal münaqişəyə səbəb olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz həmçinin vəziyyətə aydınlıq gətirdiyinə və Ukraynanın NATO-ya üzv ola biləcəyinə dair verdiyi zəmanətlərə son qoyduğuna görə Amerika administrasiyasına və prezident Donald Trampa minnətdarıq”, – deyə o qeyd edib.

O, bəyan edib ki, Ukraynanın NATO-ya qəbul edilməsi faktiki olaraq  III Dünya Müharibəsinin başlanmasına gətirib çıxaracaq və Macarıstan heç vaxt belə bir ssenarini dəstəkləməyib və dəstəkləməyəcək.