Siyarto: NATO Rusiya ilə birbaşa toqquşmadan yayınmağa nail olubbackend

Siyarto: NATO Rusiya ilə birbaşa toqquşmadan yayınmağa nail olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə NATO arasında birbaşa qarşıdurmadan yayınmaq mümkün olub, çünki Ukraynanın alyansa üzvlüyü məsələsi gündəmdə deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Nazirin sözlərinə görə, qarşıdan gələn Şimali Atlantika Alyansı sammiti 2022-ci ildən bəri ilk görüş olacaq ki, burada Ukraynaya dəstək əsas mövzu olmayacaq.

Siyarto əlavə edib ki, builki sammitdə NATO-ya üzv dövlətlər alyansın möhkəmləndirilməsi və kollektiv müdafiə məsələlərini müzakirə etməyi planlaşdırırlar.