Siyarto: “Paks-2” layihəsi ilə Macarıstan enerji asılılığını azaldacaqbackend

Siyarto: “Paks-2” layihəsi ilə Macarıstan enerji asılılığını azaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, ABŞ-ın “Paks-2” atom elektrik stansiyası (AES) layihəsi ilə bağlı sanksiyaları aradan qaldırıldıqdan sonra yeni enerji bloklarının tikintisi 2030-cu illərin ortalarına qədər başa çata bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Növbəti onilliyin ortalarından biz Macarıstanın elektrik enerjisinə olan tələbatının 70%-ni öz nüvə istehsalımız hesabına ödəyə biləcəyik”, – deyə o vurğulayıb.

O həmçinin əlavə edib ki, layihə tam reallaşdıqdan sonra Macarıstan təxminən 3,5 milyard kubmetr daha az təbii qaz idxal edəcək.