Ukrayna öz ərazisindən qaz tranzitini məhdudlaşdırmaqla bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyini risk altına qoyub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Ukrayna kifayət qədər ‘nəzakətli’ oldu – əlbəttə, bu ifadə ironik mənada – və öz ərazisindən tranziti blokladı, bununla da bütün Mərkəzi Avropa regionunun enerji təhlükəsizliyini təhlükə altına atdı,” – deyə o vurğulayıb.