Siyarto: Ukraynada məcburi səfərbərlik Aİ-də müzakirəyə çıxarılacaqbackend

Siyarto: Ukraynada məcburi səfərbərlik Aİ-də müzakirəyə çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Ukraynada məcburi səfərbərlik məsələsini Avropa İttifaqında gündəmə gətirəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Facebook hesabında yazıb.

Siyartonun sözlərinə görə, Kiyev “yeni mərhələyə keçib” və məcburi səfərbərlik zamanı karpat macarını döyüb.

“Bu məsələni bu gün Brüsseldə qaldıracağam. Hər kəs açıq şəkildə bildirməlidir ki, Ukraynada məcburi səfərbərlik praktikasını məqbul sayırmı. Bu, normal halda bütün dünyanı hiddətləndirməli bir məsələdir”, – deyə siyasətçi vurğulayıb.