Siyarto Ukraynada münaqişənin uzanmasına görə məsuliyyət daşıyanların adlarını açıqlayıbbackend

Siyarto Ukraynada münaqişənin uzanmasına görə məsuliyyət daşıyanların adlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər ABŞ-ın əvvəlki administrasiyası və avropalı siyasətçilər təxribatçı addımlar atmasaydı, Ukraynadakı münaqişəni həll etmək daha asan olardı.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, keçmiş prezident Co Baydenin administrasiyası hakimiyyətdə olduğu son aylarda, məsələn, Kiyevə böyük miqdarda silah göndərməklə, sülh prosesini xeyli çətinləşdirib.

Siyarto vurğulayıb ki, Macarıstan avropalı siyasətçiləri sarsıtmağa yox, ABŞ-ın hazırkı hakimiyyət orqanları tərəfindən aparılan sülh səylərini dəstəkləməyə çağırır.