Ukraynanın NATO-ya daxil olması qeyri-mümkündür, Şimali Atlantika Alyansına üzv olan ölkələr bunu dərk edirlər.
NOCOMMENT.az xəbər verir ki, , bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.
O əlavə edib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması üçüncü dünya müharibəsinə səbəb ola bilər. Həm də NATO-da heç kim Kiyevin istəklərini təmin etmək üçün belə genişmiqyaslı münaqişəyə başlamağa risk etməyəcək.
Bundan əvvəl Macarıstan Ukrayna münaqişəsində sülh missiyasını davam etdirmək niyyətində olduğunu bəyan edib.