Ukraynanın Rusiya qazının tranzitini dayandırmaq qərarı Macarıstana təsir etmədi, çünki o, “Türk axını” ilə tədarük marşrutunu dəyişdirdi.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Hazırda Macarıstanın enerji təchizatı təhlükəsizdir, lakin Ukraynanın tranzit nəqlini dayandırmaq qərarı qiymətlərin yeni artımına gətirib çıxaracaq və Mərkəzi Avropa və bütövlükdə Avropa İttifaqının rəqabət qabiliyyəti üçün yeni çağırışlar yaradacaq”, – RİA Novosti nazirin sözlərini sitat gətirir.
Əvvəllər məlum olub ki, Avropada yeraltı anbarlardakı qaz ehtiyatları artıq 70%-dən aşağı düşüb.