Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukraynanın Rusiya qazının tranzitini dayandırması Avropada yanacağın qiymətinin 20% artmasına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Rusiya qazının Aİ ölkələrinə tranzitini dayandırmaqla Avropa iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb.
Qeyd olunur ki, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynanın qərarı ilə bağlı vəziyyəti təhlil etmək üçün Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar ilə telefon danışığı aparıb.
Əvvəllər məlum olub ki, Avropada yeraltı anbarlardakı qaz ehtiyatları artıq 70%-dən aşağı düşüb.