Siyarto: “Zelenskinin legitimliyi məsələsi ukraynalılara aiddir”backend

Siyarto: “Zelenskinin legitimliyi məsələsi ukraynalılara aiddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna lideri Vladimir Zelenskinin legitimliyi məsələsini Ukrayna sakinləri özləri həll etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Buna ukraynalılar qərar verəcək. Zelenski Macarıstanın prezidenti deyil. Ona görə də Allaha şükürlər olsun ki, bu məsələ bizim gündəmimizdə olmamalıdır”, – deyə nazir vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Zelenskinin legitimliyinin sona çatdığını qeyd edib.

Eyni zamanda, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ABŞ-ın Zelenskiyə alternativ axtardığını bəyan edib.