Ərdoğan Zelenskiyə zəng etdi

Ərdoğan Zelenskiyə zəng etdi

Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğanın sözlərinə görə, Ukraynanın hazırda Rusiyanın nəzarətində olan bəzi bölgələrində “referendum”ların təşkil edilməsi diplomatik prosesin canlandırılması üzrə səyləri çətinləşdirir.