“Estoniya Bakı və İrəvan arasında tarixi razılaşmanı alqışlayır” – Nazir

“Estoniya Bakı və İrəvan arasında tarixi razılaşmanı alqışlayır” – Nazir

Estoniyanın xarici işlər naziri Maqnus Tsaxna Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinə dair razılaşmanı alqışlayıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X hesabında yazıb.

XİN rəhbəri bu vəziyyəti tarixi hesab edib: “Estoniya Ermənistan və Azərbaycan arasında tarixi razılaşmanı alqışlayır. Bu, regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addımdır və biz sülh sazişinin tezliklə imzalanmasını səbirsizliklə gözləyirik”.\\“Unikal”