İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı açıqlama

İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı açıqlama

“Ramiz Mehdiyevin müstəqil dövlətçiliyə qarşı etdiyi hərəkətlər onun Akademiyaya üzv qalmasına imkan vermir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.

“Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin barəsindəki ittihamlar da onun akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir. Məsələyə Akademiyada baxılacaq və lazimi qərar qəbul ediləcək”, – o deyib.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə ittiham olunan “boz kardinal” barəsində 2 ay əvvəl ev dustaqlığı qətimkan tədbiri seçilib.