"Ramiz Mehdiyev çox-çox qorxaq adamdır. Mən həyatımda o tipli qorxaq adamlara çox az rast gəlmişəm. Bu yaşda bu qədər güclü səhvlərə yol vermisənsə, gərək ona cavab da verə biləsən. Verə bilmirsənsə, sən elə beləcə — elə bil ki, asıblar, yellənirsən."
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Milli Məclisin sabiq sədri Rəsul Quliyev deyib.
O, sabiq PA rəhbəri haqqında fikirlərini bölüşərək qeyd edib ki, Ramiz Mehdiyev vəzifədə qalmaq üçün hər zaman yaltaqlıq yolunu seçib: "Vəzirovun vaxtında o vəzifədə qalmaq üçün nə cür yaltaqlanırdı onlara... Hətta Həsən Əliyevə müraciət edib, Heydər Əliyevin onu vəzifəyə qoymadığını deməsini xahiş edirdi. Ramiz Mehdiyevlə bağlı nə baş verəcək bilmirəm, yaşı çox yuxarıdır. Bəlkə də fikirləşirlər ki, öz əcəli ilə ölüb gedəcək. Əgər inzibati orqanlar məlumat vermirsə, demək nəisə gözləyirlər."
Rəsul Quliyev həmçinin vurğulayıb ki, Mehdiyev tarixdə qalacaq bir şəxsiyyət deyil: "Həyatda elə adamlar var ki, vəzifə tutsalar da, adları tarixdə qalmır. Ramiz Mehdiyev də o tiplidir. Bu gün ölsə, üstündən bir ay keçməmiş heç kim onu xatırlamayacaq. Çünki həyatı boyu yadda qalacaq bir addım atmayıb. Onu istənilən vaxt həbs edə bilərlər, dövlət çevrilişində günahlandırıb 25 il iş də verə bilərlər. Amma 80 neçə yaşlı adam üçün bunun artıq isti-soyuğu yoxdur. Onun taleyini məntiqlə izah eləmək mümkün deyil, hər şey ola bilər. Amma mən fikirləşmirəm ki, onun barəsində problemlər daha da dərinləşəcək."\\Tv Musavat












