Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək

“Rusiya sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Rusiya sərhədçiləri müəyyən vəziyyətlə əlaqədar orada idi, lakin indi vəziyyət xeyli dəyişib və bu, bütün istiqamətlərdə öz təsirini göstərməlidir:

“Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla onun mühafizəsini təmin edəcəklər”, – Paşinyan bildirib.