Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinin müstəqilliyi və suverenliyini tanıyıb.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendum keçirilib.














