Təxribatın divara çırpılan üzü: Prezidentə qarşı aqressiya cəhdi və dövlətə açıq hörmətsizlik

Təxribatın divara çırpılan üzü: Prezidentə qarşı aqressiya cəhdi və dövlətə açıq hörmətsizlik

Xaricdə yaşayan bir qrup anti-Azərbaycan yönümlü şəxsin aqressiv, təxribatçı və açıq şəkildə təhlükəli davranışlarla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaldığı hotelə zorla daxil olmağa cəhd göstərməsi ən sərt şəkildə qınanmalı, pislənməli və qəbulolunmaz bir hadisə kimi qiymətləndirilməlidir.

Bu şəxslərin etik normaları, hüquqi qaydaları və beynəlxalq davranış prinsiplərini ayaqlar altına ataraq, təhqiramiz ifadələr işlətməsi, təhlükəsizlik kordonunu yarmağa çalışması və zorakılığa meyilli hərəkətlərə yol verməsi onların nə qədər məsuliyyətsiz, radikal və təhlükəli düşüncəyə malik olduqlarını açıq şəkildə ortaya qoyur.

Bu cür ünsürlərin davranışı nə siyasi mövqe, nə də fikir azadlığı ilə izah edilə bilər. Bu, sadəcə olaraq vandalizm, təxribat və xaos yaratmaq cəhdidir.

Dövlət başçısına qarşı yönəlmiş bu cür hərəkətlər açıq şəkildə hörmətsizlik, düşmənçilik və dövlətçilik prinsiplərinə qarşı açıq hücumdur. Özlərini “fəal”, “mübariz” və ya “etirazçı” kimi təqdim edən bu şəxslər əslində yalnız nifrət, aqressiya və dağıdıcılıq yaymaqla məşğuldurlar. Onların bu davranışı siyasi mübarizənin deyil, mənəvi və intellektual iflasın göstəricisidir.

Prezidentin qaldığı hotelə hücum etməyə cəhd göstərmək yalnız Azərbaycan dövlətinə deyil, eyni zamanda beynəlxalq təhlükəsizlik sisteminə qarşı yönəlmiş ciddi təhdiddir. Bu cür hərəkətlər təhlükəli provokasiyadır və ağır hüquqi məsuliyyət doğurmalıdır. Belə şəxslər anlamalıdırlar ki, dövlət başçısının təhlükəsizliyi toxunulmazdır və bu sərhədi keçməyə çalışan hər kəs qanun qarşısında cavab verməlidir.

Hadisə zamanı Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşlarının və ABŞ polisi ilə birgə çevik və qətiyyətli müdaxiləsi sayəsində təxribatın qarşısının alınması xüsusi qeyd olunmalıdır. Bu operativ addım olmasaydı, vəziyyət daha ağır nəticələrə, hətta faciəyə səbəb ola bilərdi. Təhlükəsizlik qüvvələrinin peşəkarlığı bir daha sübut etdi ki, bu cür radikal və məsuliyyətsiz ünsürlərə qarşı sıfır tolerantlıq siyasəti tətbiq olunmalıdır.

Təəssüf doğuran haldır ki, xaricdə yaşayan bəzi qruplar və şəxslər illərdir Azərbaycan əleyhinə yalan, böhtan və dezinformasiya yaymaqla məşğuldurlar. Lakin bu dəfə onların fiziki təzyiqə, zorakılığa və təhlükəli provokasiyalara əl atması göstərir ki, bu dairələr artıq siyasi mübarizə aparmaq qabiliyyətini tam itirib və açıq radikalizm yolunu seçiblər. Onlar nə hüquqa hörmət edirlər, nə də beynəlxalq normalara. Bu, tamamilə məsuliyyətsiz və destruktiv davranışdır.

Belə şəxslərin məqsədi diqqət çəkmək, süni qalmaqal yaratmaq və Azərbaycan dövlətinin nüfuzuna zərər vurmaqdır. Lakin onlar anlamalıdırlar ki, bu cür ucuz və təhlükəli metodlar heç vaxt nəticə verməyəcək. Əksinə, bu addımlar onların özlərini beynəlxalq aləmdə etibarsız, radikal və təhlükəli qrup kimi təqdim etməsinə səbəb olur. Heç bir sağlam düşüncəli cəmiyyət belə davranışları qəbul etmir və dəstəkləmir.

Bu hadisə həm də onu göstərir ki, bəzi dairələr bilərəkdən gərginlik yaratmaq, münasibətləri korlamaq və sabitliyi pozmaq niyyətindədirlər. Dövlət başçısına qarşı yönəlmiş hər hansı təxribat cəhdi təkcə siyasi məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Bu baxımdan, belə hallara yol verən şəxslər barəsində ən sərt hüquqi tədbirlər görülməli, onlar məsuliyyətdən yayındırılmamalıdır.

Prezident İlham Əliyevə qarşı törədilməyə cəhd edilən bu təxribat aktı qətiyyətlə pislənilməli, ictimaiyyət tərəfindən də açıq şəkildə rədd edilməlidir.

Aqressiya, təhqir və zorakılıq yolu ilə mövqeyini “sübut etməyə” çalışan bu ünsürlər nə siyasi gücə, nə də mənəvi üstünlüyə malikdirlər. Onlar yalnız nifrət və xaos yaymaqla məşğuldurlar. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş hər cür hücum qarşısında həm dövlət strukturları, həm də cəmiyyət bütövlükdə prinsipial, sərt və barışmaz mövqe nümayiş etdirməlidir.

Əli Səfərli,
NOCOMMENT.az