XİN sözçüsündən İrəvana cavab…

XİN sözçüsündən İrəvana cavab…

Ermənistan növbəti saxta ittihamla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb.

O vurğulayıb ki, İrəvan eyni ssenarini təkrarlayır:

“Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”.

XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir:

“Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.