“Rusiya üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsinə tərəfdardır”.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının əhəmiyyətini nəzərə çatdırıb.
“Bu bəyanatlarda çox məsələlər nəzərdə tutulub. Bəyanatlarda həm nəzəri, həm də praktiki tərəflər, eləcə də baş verənlərin təsdiqi və gələcək planlar əksini tapıb”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.












