Siyasi dialoqun sürətli inkişafı Moskva-Ər-Riyad münasibətlərinin prioritetidirbackend

Siyasi dialoqun sürətli inkişafı Moskva-Ər-Riyad münasibətlərinin prioritetidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Səudiyyə Ərəbistanı həmkarı Ben Farhan əl-Saud ilə telefon danışığı aparıb. Danışıqlar zamanı ikitərəfli münasibətlər və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət müzakirə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, nazirlər Rusiya-Səudiyyə əlaqələrinin cari vəziyyəti və çoxşaxəli münasibətlərin gücləndirilməsini müzakirə ediblər.

Danışıqlar çərçivəsində Moskva və Ər-Riyad arasında siyasi dialoqun yüksək dinamizminin saxlanmasının, həmçinin ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın inkişafı üzrə birgə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb.