Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.
NOCOMMENT xəbər verir ki, peyvəndləmə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həyata keçirilir.
Xəstəxananın həkim-reanimatoloqu Samirə Ağalarova bildirib ki, bu gün 22 siyasi partiya nümayəndəsi vaksinasiya edilib: “Onların heç birində əlavə təsirlər qeydə alınmayıb. Hər kəsi peyvənd olunmağa dəvət edirik. Yalnız bu yolla virusa qalib gələ bilərik”.
Qeyd edək ki, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVİD-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb.
Yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tətbiq edilir.