Siyasi partiya lideri: Bizim də İrəvanı vurmaqdan başqa çarəmiz qalmırbackend

Siyasi partiya lideri: Bizim də İrəvanı vurmaqdan başqa çarəmiz qalmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən atılan raketlər mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Nəticədə ölən və yaralananlar var.

NOCOMMENT.az mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlunun KONKRET.az-a açıqlamasını təqdim edir:

“Dağlıq Qarabağı tamamilə azad etməliyik. Ermənilər Gəncəni vurublarsa, biz də İrəvanı vurmalıyıq. Ermənilər özlərini ərköyün uşaq kimi apara bilməzlər. Düşmənin 10 qat cavabını verməliyik. Bu gün nə beynəlxalq hüquq işləyir, nə də sülhməramlı missiyalar. Ermənilər Gəncəni vururlarsa, bizim də İrəvanı vurmaqdan başqa çarəmiz qalmır. Çünki lokal münaqişədən dövlətlərarası müharibəyə başlamaq deməkdir. Gəncənin vurulması Ermənistanın Azərbaycan dövləti ilə müharibə aparması deməkdir. Artıq bu, Daqlıq Qarabağ uğrunda deyil, bütövlükdə iki dövlət arasında müharibə deməkdir. Onlar necə iri şəhərlərimizi vururlarsa, biz də onların iri şəhərlərini vurmalıyıq. Gorusu tutmalıyıq. Bir şeyi anlamaq lazımdır ki, beynəlxalq hüquq bu gün iflasa uğrayıb. ATƏT və BMT xristiandır deyə göz yumur. Bu gün qətiyyətli olmaq lazmdır. Heç bir danışıqlara getmək olmaz. Azərbaycanın bütün əraziləri işğaldan azad olunana kimi müharibəni davam etdirməliyik. Əgər ermənilər Gəncəni vurmağa başlayıblarsa, biz də Gorusu tutmaq və Zəngəzuru azad etmək hüququnu əldə etmiş oluruq”.