Siyasi partiya sədrlərinin Qarabağa yeni səfəri başladıbackend

Siyasi partiya sədrlərinin Qarabağa yeni səfəri başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

NOCOMMENT xəbər verir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat veriləcək.

Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşəcəklər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, bu, iqtidar və müxalifət nümayəndələrinin azad edilmiş ərazilərə sayca dördüncü səfəridir.