Siyasi partiyalar seçkiyə neçə namizədlə qatılıb? – SİYAHIbackend

Siyasi partiyalar seçkiyə neçə namizədlə qatılıb? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin qeydə alınması başa çatıb.

Qeydiyyatda olan 26 siyasi partiyadan 25-i öz namizədlərini irəli sürüb. Bəzi partiyaların sədrləri seçkilərdə iştirak etməsə də, partiyada müxtəlif vəzifə tutan şəxslərin namizədliyi qeydə alınıb.

NOCOMMENT.az Modern.az -a istinadla xəbər verir ki, namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən şəxsləri araşdırıb.

Beləliklə, siyasi partiyalar aşağıdakı sayda namizədlə seçkilərdə iştirak edir:

1. Yeni Azərbaycan Partiyası – 125 namizəd;
2. Müsavat Partiyası – 25 namizəd;
3. Vətəndaş Həmrəyliyi Partiyası – 18 namizəd;
4. Ağ Partiya – 18 namizəd;
5. Ümid Partiyası – 17 namizəd;
6. REAL partiyası – 12 namizəd;
7. Ədalət,Hüquq və Demokratiya Partiyası – 11 namizəd;
8. Klassik Xalq Cəbhəsi Partiyası – 10 namizəd;
9. Azərbaycan Milli İstiqlal Partiyası – 8 namizəd;
10. Milli Cəbhə Partiyası – 7 namizəd;
11. Azərbaycan Xalq Partiyası – 7 namizəd;
12. Ana Vətən Partiyası – 7 namizəd;
13. Müasir Müsavat Partiyası – 6 namizəd;
14. Azad Vətən Partiyası – 6 namizəd;
15. Böyük Azərbaycan Partiyası – 6 namizəd;
16. Haqq Ədalət Partiyası – 5 namizəd;
17. Demokratik İslahatlar Partiyası – 5 namizəd;
18. Vəhdət Partiyası – 5 namizəd;
19. Ədalət Partiyası – 4 namizəd;
20. Azərbaycan Demokrat Partiyası – 4 namizəd;
21. Yeni Zaman Partiyası – 2 namizəd;
22. Gələcək Azərbaycan Partiyası – 2 namizəd;
23. Azərbaycan Demokratik Maarifçilik Partiyası- 1 namizəd;
24. Böyük Quruluş Partiyası – 1 namizəd;
25. Milli Dirçəliş Hərəkatı Partiyası – 1 namizəd;