Siyasi şərhçi: Laçından Ermənistana keçən yeni yolda gömrük postu qoymalıyıqbackend

Siyasi şərhçi: Laçından Ermənistana keçən yeni yolda gömrük postu qoymalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə hazırlayıb.

Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Naxçıvanın Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, ermənilər əslində sözügedən layihəyə 3 yox, 4 nəzarət-buraxılış məntəqəsi salmalıydılar: “Dördüncüsü Laçına alternativ inşa etdiyimiz yolun sonunda yaradılmasına ehtiyac duyulan sərhəd məntəqəsi olmalıdır. Biz də bu məsələni gecikdirmədən ərazimizdən keçən, büdcəmiz hesabına tikdiyimiz yolun sonunda sərhəd və gömrük postu yerləşdirməliyik. Əks halda, separatçılar yeni yoldan da silah-sursat keçirmək üçün istifadə edəcək, xarici ölkələrin nümayəndələri qanunsuz olaraq Qarabağa keçəcəklər”.

Xatırladaq ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməyə uyğun olaraq Xankəndini Ermənistanla birləşdirən 32 kilometr uzunluğunda olan yeni yol çəkib. Laçın şəhərindən yan keçən yeni yolun bu il istifadəyə verilməsi gözlənilir.