Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİbackend

Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib.

NOCOMMENT xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, S.Novruzov partiyanın qərargahına gəlmir. Onun kabineti də boşaldılıb.

Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur.

Qeyd edək ki, S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.