Skandinaviya mətbuatından iddia: Rusiya Şimal dənizində təxribat planlaşdırırbackend

Skandinaviya mətbuatından iddia: Rusiya Şimal dənizində təxribat planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Skandinaviya mediası Rusiyanın Şimal dənizində mülki görünüşlü casus gəmilərindən istifadə edərək kəşfiyyat məlumatları topladığını iddia edib.

NOCOMMENT.az xəbər verir ki, dörd ölkənin mətbuat təşkilatlarının birgə sənədində əsas diqqət Rusiyanın Şimal dənizindəki “kabus gəmilər” donanmasına yönəlib.

İddiaya görə, Rusiya NATO ilə mümkün müharibə vəziyyətində dənizdəki külək turbinləri və rabitə kabellərini hədəf alacaq.

Danimarka, Norveç, İsveç və Finlandiyada yerləşən mətbuat təşkilatları Rusiyanın Şimal dənizində xüsusi təxribat planı hazırladığını və bu planın qərblə müharibə olacağı təqdirdə istifadə ediləcəyini bildirib.

Məlumata görə, Rusiya bölgədə balıqçılara oxşayan və araşdırma aparan, lakin əslində casusluq fəaliyyəti həyata keçirən gəmilərdən istifadə edir. Bu gəmilər İngiltərə, Norveç və Danimarka sahillərində külək turbinləri və sualtı kabellərin yerini müəyyən edir. Əsas məqsəd strateji əhəmiyyətli nöqtələri necə vuracağını müəyyən etməkdir.