Skibitski: Bu gün biz siyahılar üzərində işə başlayacağıqbackend

Skibitski: Bu gün biz siyahılar üzərində işə başlayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini və Türkiyədə Rusiya Federasiyası ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Vadim Skibitski tərəflərin “1000-ə 1000” formatında qarşıdan gələn mübadilə üçün hərbi əsirlərin siyahılarının tərtibinə başlamaq planları barədə məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, siyahılar üzərində iş cümə günü başlayacaq.

Elə həmin gün Rusiya prezidentinin köməkçisi və İstanbulda danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Ukrayna tərəfi ilə “1000-ə 1000” düsturuna əsasən genişmiqyaslı məhbus mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

“Rusiya tərəfi min nəfərin dəyişdirilməsinə razılıq verib. Yaxın vaxtlarda, bu gündən etibarən biz vətənlərinə qayıdacaq şəxslərin siyahılarını işləyəcəyik”, – Skibitski bildirib.