NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Skoda dördüncü nəsil Superb-in dizaynını təqdim edib. Debüt etməyə hazırlaşan yeni modelin eskizləri avtomobil istehsalçısının mətbuat xidməti tərəfindən yayılıb.
Avtomobil işıq diodlu matrisli təkmilləşdirilmiş fənərlər və kristal elementli arxa fənərlər alacaq.
“Daha uzun və daha hündür dördüncü nəsil Superb təkmilləşdirilmiş aerodinamik və çoxsaylı xüsusiyyətlərə malikdir. Digər şeylər arasında faralar daha kəskin və şəffaf olub, baş yeri və baqaj bölməsi əhəmiyyətli dərəcədə artıb”, – Skoda qeyd edir.
Eyni zamanda, Çex avtomobil istehsalçısı markanın tanınmış dəyərlərini — praktikliyi və genişliyini yeni modeldə saxlamağa çalışır.