Slovakiya Qəzza ilə bağlı səsvermədə bitərəf qalmasını izah edibbackend

Slovakiya Qəzza ilə bağlı səsvermədə bitərəf qalmasını izah edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri Yuray Blanar bildirib ki, sənəddə HƏMAS hərəkatını pisləyən bəndlər olmadığı üçün ölkə BMT Baş Assambleyasının İsrail və Fələstin arasındakı münaqişəyə dair qətnamə layihəsinə səs verməyib. Bu barədə teraz.sk saytı məlumat yayıb.

Nazirin sözlərinə görə, bu məqamlar əsasdır. Məhz onların olmaması səbəbindən Slovakiya səsvermədə bitərəf qalıb.

“Biz HƏMAS hərəkatının terror hücumlarının kəskin şəkildə pislənməsini, ölkələrin beynəlxalq humanitar hüquqa uyğun olaraq özlərini müdafiə etmək hüququnu, eləcə də bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini məcburi hesab edirik”, – Blanar bildirib.