“Rusiya Slovakiyanın düşməni deyil”, O, dövlətlər arasında münasibətlərin normallaşması üçün hər cür səy göstərəcəyini vəd edib. Bunu Respublika parlamentinin vitse-spikeri Lubos Blaqa “Telegram” səhifəsində yazıb.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Blaqa Rusiya səfiri İqor Bratçikovla görüşündən danışıb. Vitse-spiker vurğulayıb ki, Slovakiya rus xalqının ölkəni nasistlərdən necə azad etdiyini, eləcə də İkinci Dünya Müharibəsində oynadığı rolu heç vaxt unutmayacaq.
“Hökumətimiz Ukraynaya silah göndərməkdən imtina edir, çünki biz sülhə inanırıq və Rusiya ilə münaqişənin gərginləşməsini rədd edirik”,- deyə Blaqa bildirib.
Onun sözlərinə görə, Slovakiyanın sadə vətəndaşları da Rusiya ilə möhkəm və dostluq münasibətlərinin olmasını istəyirlər.