Slovakiya hökuməti Ukraynaya hərbi yardım üçün “bir sent də vermək” niyyətində deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Robert Fiko öz Facebook səhifəsində məlumat verib.
“Slovakiya Ukraynada heç bir hərbi missiyada iştirak etməyəcək və ona hərbi yardım üçün bir sent də göndərməyəcək”, – o yazıb.
Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri Ukrayna və Slovakiya hökumətlərinin birgə iclasının təşkilinin tərəfdarı olduğunu bildirib. Fikonun sözlərinə görə, müvafiq iclasda əsas müzakirə mövzusu hər iki ölkə üçün faydalı olan layihələrin həyata keçirilməsi ola bilər.
Baş nazir həmçinin bildirib ki, Bratislava Ukrayna ərazisindən qaz tranzitinin bərpası üçün tədbirlər görməkdə davam edir. Onun qeyd etdiyi kimi, yanacaq tədarükü bərpa olunmasa, Avropa ölkələri yenidən rəqabətədavamlı ola bilməyəcək.
Fiko əlavə edib ki, o, artıq bütün bu məlumatları Avropa İttifaqına (Aİ) üzv ölkələrin Slovakiyada akkreditə olunmuş səfirlərinə çatdırıb. Bu məqsədlə Nazirlər Kabinetinin rəhbəri xarici diplomatlarla görüş keçirib.