Slovakiya və Ukrayna hökumətlərinin payızda birgə iclası keçiriləcəkbackend

Slovakiya və Ukrayna hökumətlərinin payızda birgə iclası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın baş naziri Robert Fiko və Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal arasında telefon danışığı olub, tərəflər payızda Ukraynada hökumətlərin birgə iclasının keçirilməsi barədə razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, Şmıqal bu barədə öz Telegram kanalında məlumat verib.

“Biz bu ilin aprelində hökumətlərarası məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə etdik. Bu istiqamətdə ciddi irəliləyiş var. Biz hökumətlərin üçüncü birgə iclasını payızda Ukraynada keçirmək barədə razılığa gəldik”, – deyə o yazıb.