Slovakiya XİN başçısı Kiyevə hərbi yardımın dayandırılmasını izah edibbackend

Slovakiya XİN başçısı Kiyevə hərbi yardımın dayandırılmasını izah edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar Bratislavanın Kiyevə hərbi dəstəyi niyə dayandırdığını izah edib. O, bu barədə Avstriyanın “Presse” qəzetinə müsahibəsində bildirib.

“Bu, hərbi həlli olmayan dondurulmuş bir münaqişəyə bənzəyir”,- deyə o bildirib.

Nazir vurğulayıb ki, münaqişənin davam etməsi yalnız insanların daha çox əziyyət çəkməsinə səbəb olacaq.

Onun sözlərinə görə, Bratislava Ukraynadakı münaqişənin sülh yolu ilə həllini mümkün edən hər şeyi dəstəkləyir. Onun fikrincə, bu, Avropa İttifaqından gəlməlidir.

O qeyd edib ki, Ukraynada 600 gün davam edən silahlı münaqişədən sonra Qərbin onu dayandırmaq üçün gördüyü tədbirlər nəticə vermir.